Messi ilə Qvardiola arasında telefon danışığı olub » İnterxəbər.Az
interxeber.az » İdman » Messi ilə Qvardiola arasında telefon danışığı olub


Messi ilə Qvardiola arasında telefon danışığı olub

28-08-2020, 07:18
Oxunub: 352
Çap et
“Barselona”nın hücumçusu Lionel Messi karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirmək niyyətindədir.

Sports.ru xəbər verir ki, bu barədə jurnalist Veronika Brunati məlumat yayıb.

O iddia edir ki, argentinalı futbolçu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya zəng edib və onun başçılıq etdiyi komandaya qoşulmaq istədiyini bildirib.

“Pul problem deyil. Mən “Mançester Siti” də oynamaq istəyirəm”, - L.Messi əvvəl çalışdığı mütəxəssisə söyləyib.

Hücumçu oynadığı klubun rəqabətqabiliyyətli olmasını və kuboklar uğrunda mübarizə aparmasını istəyir, amma “Barselona”nın bu gözləntilərə cavab vermədiyini qeyd edib.

V. Brunati yazır ki, “şəhərlilər” ulduz futbolçuya iki illik müqavilə təklif edir.
Reytinq: