Bakı finalı Londonda təkrarlanacaq » İnterxəbər.Az
interxeber.az » İdman » Bakı finalı Londonda təkrarlanacaq


Bakı finalı Londonda təkrarlanacaq

20-07-2020, 03:24
Oxunub: 102
Çap et
İngiltərə kubokunun finalında “Arsenal”ın rəqibi müəyyənləşib.
Bu gün yarımfinalın ikinci qarşılaşması baş tutub.

Qarşılaşmada “Mançester Yunayted” doğma meydanda “Çelsi”ni sınağa çəkib.
Gərgin keçən qarşılaşmada “zadəganlar” 3:1 hesablı qələbə qazanaraq, finala yüksəliblər.

Qeyd edək ki, birinci yarımfinal qarşılaşmasında “Arsenal” “Mançester Siti” üzərində 2:0 hesabı ilə qələbə qazanmışdı.

Xatırladaq ki, ötən il mayın 29-da Bakıda keçiriln UEFA Avropa Liqasının finalıdan “Arsenal” və “Çelsi” üz-üzə gəlmişdi. Həmin qarşılaşmada “Çelsi” 4:1 hesablı qələbəyə sevinmişdi.
Reytinq: