İdman
16.07.2020, 02:08
İbrahimoviç “Milan”ın heyətində 100-cü oyununa çıxıb
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün “Parma” ilə oyun xüsusi olub.
Eurosport.ru xəbər verir ki, təcrübəli ulduz bu gün “Milan”ın heyətində 100-cü oyununa çıxıb.
Yubiley matçı “Milan” üçün uğurlu olub. Belə ki, “rossonyerlər” rəqiblərini 3:1 hesabı ilə məğlub edə biliblər.
Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə italyan klubunun şərəfini qoruyub. Onun kluba qayıdışı isə bu ilin yanvarında baş tutub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay