Azərbaycanlı futbolçu sevgilisinə evlilik təklifi etdi: O, gözlərində yaş “hə” cavabını verdi » İnterxəbər.Az
interxeber.az » İdman » Azərbaycanlı futbolçu sevgilisinə evlilik təklifi etdi: O, gözlərində yaş “hə” cavabını verdi


Azərbaycanlı futbolçu sevgilisinə evlilik təklifi etdi: O, gözlərində yaş “hə” cavabını verdi

18-12-2019, 20:57
Oxunub: 95
Çap et
Azərbaycanın futbol üzrə milli komandasının və Almaniyanın “Proyssena” klubunun hücumçusu Rüfət Dadaşov sevgilisi Lora adlı qıza evlilik təklifi edib. Azerisport.com-un məlumatına görə, toy 2020-ci ilə təyin edilib. Evlilik təklifini isə Dadaşov anasının 50 illik yubileyində edib. Futbolçu bu barədə açıqlamasında bildirib: “Bacım və Lora mənə anamın yubileyinə hazırlaşmaqda kömək edirdilər. Lakin Lora ağlına da gətirmirdi ki, mən ona belə təklif edərəm. Biz gəzməyə çıxdıq. Qayıdanda isə hər yer şarlar və qızılgüllərlə bəzənmişdi. Lora gözlərində yaş mənə “hə” cavabını verdi”.
Reytinq: