DataLife Engine / Ramil Usubovdan facebook qadağası

Ramil Usubovdan facebook qadağası

Son zamanlar xidmətdə olan polis əməkdaşlarının sosial şəbəkələrdə paylaşımları ciddi narahatlıq doğurub. Polislərin bəziləri xidməti silahı və polis geyimləri ilə fotolarını yayıb. Bu da yeni qadağanın yaranmasına səbəb olub.

Sosial şəbəkədə silahla fotosunu yayan Qaradağ rayon Polis İdarəsinin bir əməkdaşı sərt cəzalandırılıb. Belə ki, o, artıq DİN sistemindən xaric olunub..

Daxili işlər naziri Ramil Usubov dünən məsələ ilə bağlı görüş keçirib. İclasda gənc polis əməkdaşları ilə yanaşı valideynləri də iştirak edib. Bu görüşdə nazirin “sosial şəbəkə qadağası” əməkdaşlara və valideynlərinə çatdırılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı soruğusuna belə cavab verib: “Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, daxili işlər orqanlarının şəxsi heyəti də Konstitusiya ilə müəyyən olunmuş bütün hüquqlarından məhdudiyyətsiz istifadə edirlər” /“Qafqazinfo”/
Ramil Usubovdan facebook qadağası
26-12-2014, 15:12
Вернуться назад