DataLife Engine / Masazırda iki piyadanı vurub qaçan sürücü tutuldu

Masazırda iki piyadanı vurub qaçan sürücü tutuldu

İstintaq tədbirləri davam etdirilir.

Abşeron rayonunun Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-də saat 23.00 radələrində Bakı şəhər sakini Zamin Məmişov idarə etdiyi QAZ-31105 markalı 90 AX 168 dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsində piyadalar - Təzəgül Abbasova və Təyyar Hüseynovu vuraraq hadisə yerindən qaçıb.

Bədən xəsarətləri alan T. Abbasova ilə T. Hüseynov Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Məmişov şübhəli şəxs qismində saxlanılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
23-04-2015, 20:35
Вернуться назад