DataLife Engine / Sabunçu rayonunda evdən oğurluq edən şəxs tutulub

Sabunçu rayonunda evdən oğurluq edən şəxs tutulub

Sabunçu rayonunda evlərin birindən iki min manat dəyərində məişət əşyaları və spirtli içkilər oğurlamaqda şübhəli bilinən paytaxt sakini O.Səfərov rayon polis idarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, daha bir nəfərin kimliyi isə müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı O.Səfərovdan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
23-08-2021, 17:43
Вернуться назад