DataLife Engine / Lənkəranda yeniyetmə su kanalında batıb

Lənkəranda yeniyetmə su kanalında batıb

Lənkəranda su kanalında boğulma hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlu su kanalında batıb.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.
22-08-2021, 19:32
Вернуться назад