DataLife Engine / Yük maşını məktəb direktorunu vurdu

Yük maşını məktəb direktorunu vurdu

Fevralın 27-də axşam saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol-qəza hadisəsi baş verib.

52 yaşlı Ukrayna vətəndaşı Yuriy Vaiçenko idarə etdiyi TIR markalı yük maşını ilə yolu keçən piyadanı vurub.

Piyada, Kəlbəcər rayon sakini Firdovsi Əhmədov yerindəcə dünyasını dəyişib. Sürücünün sözlərinə görə, hadisəyə səbəb ötmə əməliyyatını yerinə yetirən zaman piyadanın anidən nəqliyyat vasitəsinin qarşısına çıxması olub.

Qeyd edək ki, dünyasını dəyişən Firdovsi Əhmədov Kəlbəcər rayon Təhsil Şöbəsinin nəznində fəaliyyət göstərən məktəblərdən birinin direktoru idi. Faktla bağlı araşdırmalar aparılır.
28-02-2015, 12:24
Вернуться назад