DataLife Engine / Mülki şəxs minaya düşdü

Mülki şəxs minaya düşdü

Gədəbəy rayon sakini minaya düşüb.

Rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.

Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.
12-05-2021, 16:47
Вернуться назад