DataLife Engine / İŞİD İraq Ordusunun helikopterini vurdu: ölənlər var

İŞİD İraq Ordusunun helikopterini vurdu: ölənlər var

Terrorçuların “Yer-hava” tipli raketlərə sahib olduğu ehtimal olunur

İŞİD döyüşçüləri şənbə günü İraq Ordusuna məxsus hərbi helikopteri vurub. Bu barədə hökumət nümayəndələri məlumat verib. Nəticədə helikopteri idarə edən 2 nəfər ölüb. İŞİD-ın bu əməliyyatı ciddi narahatlıq yaradıb. Çünki onlar eyni uğurla ABŞ-ın rəhbərliyi altında olan Alyansın İraq və Suriyada həyata keçirdiyi hava hücumlarının qarşısını almaq üçün də oxşar əməliyyatlar təşkil edə bilərlər.

Hadisə şiələrin müqəddəs şəhəri olan Samirədə baş verib. Adının çəkilməsini istəməyən rəsmi şəxs deyib ki, vurulmuş helikopter “EC635”-dir. Bu uçuş aparatı dünyaca məşhur “Airbus” şirkəti tərəfindən istehsal olunur. Həm hərbi, həm də mülki məqsədlər üçün istifadə edilir.

Agentlik qeyd edir ki, İŞİD döyüşçüləri oktyabr ayında da İraq Ordusunun 2 helikopterini Beyji şəhəri yaxınlığında məhv etmişdi. Mütəxəsislər ehtiyat edirlər ki, İŞİD artıq “Yer-Hava” tipli raketlərə sahibdir. Bu cür raketlərlə havada olan hədəfləri vurmaq xeyli asandır.
Avropaya məxsus sərnişin təyyarələri, o cümlədən “Virgin Atlantic”, “KLM” və “Air France” , Amerikaya məxsus “Delta Air Lines” və Birləşmiş Ərəb Əmirliyinin təyyarələri İraq hava məkanından yan keçməyə üstünlük verirlər.(bizimyol.info)
İŞİD İraq Ordusunun helikopterini vurdu: ölənlər var
13-12-2014, 19:38
Вернуться назад