DataLife Engine / Leninqradda ölən və yaralıların olduğu təyyarə qəzasının TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO

Leninqradda ölən və yaralıların olduğu təyyarə qəzasının TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO

Bir neçə saat əvvəl Rusiyanın Leninqrad vilayətində qəzaya uğrayan “Piper-150” kiçik mühərrikli təyyarə yerə çırpılmamışdan əvvəl havada digər təyyarə ilə toqquşub.

TASS agentliyi xəbər verir ki, bu barədə qəzanı araşdıran Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

“Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper-150” təyyarəsi ilə uçuş zolağında toqquşub.

“Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib”, - Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun yaydığı məlumatda bildirilir.

Prokurorluq həmçinin “Piper-150” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.

17:50

Rusiyanın Leninqrad vilayətində Piper-150 kiçik mühərrikli təyyarəsi qəzaya uğrayıb.

360 TV bununla əlaqədar fotoları paylaşıb.

Məlumata görə, təyyarədə dörd nəfər – üç böyük və bir uşaq olub. Böyüklər ölüblər, uşaq xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri və başqa təfərrüatı araşdırılır.
Leninqradda ölən və yaralıların olduğu təyyarə qəzasının TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO
Leninqradda ölən və yaralıların olduğu təyyarə qəzasının TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO
Leninqradda ölən və yaralıların olduğu təyyarə qəzasının TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO
9-01-2021, 00:47
Вернуться назад