DataLife Engine / Goranboyda avtomobilin vurduğu qadın xəstəxanada öldü

Goranboyda avtomobilin vurduğu qadın xəstəxanada öldü

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 26-ı saat 20 radələrində Goranboy rayonunun Faxralı kəndi ərazisində kənd sakini H.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Mahirə Həmidovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
28-09-2020, 05:47
Вернуться назад