DataLife Engine / Gəlinin zinət əşyalarını və pullarını yaxın qohumu oğurladı

Gəlinin zinət əşyalarını və pullarını yaxın qohumu oğurladı

Türkiyənin Denizli şəhərinin Adıpayam vilayətində bir ay əvvəl evlənən cütlüyün zinət əşyaları və külli miqdarda pulu oğurlanıb.

Bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilir ki, hüquq mühafizə orqanları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində toyda cütlüyə hədiyyə olunan qızılların və 200 min türk lirəsinin (45 min 720 manat) gəlinin qardaşının həyat yoldaşının oğurladığı müəyyən olunub.

Gənc qadın polisə ifadəsində törətdiyi əməli etiraf edib.
7-09-2020, 03:37
Вернуться назад