DataLife Engine / Pedofili tutmaq üçün polis özünü 13-cü mərtəbədən atdı

Pedofili tutmaq üçün polis özünü 13-cü mərtəbədən atdı

Qazaxıstanda 15 yaşlı qızı zorlamış canini ələ keçirmək üçün polis əməkdaşı 13-cü mərtəbədə yerləşən mənzilin pəncərəsindən atılıb.

Polisia.kz xəbər verir ki, cinayətkar qaçaraq canını qurtarmağa çalışsa da, 36 yaşlı mayor Bakıtjan Bakirov özünü itirməyib və həyatını riskə ataraq, onu yaxalayıb.
Polis Almatı şəhərindəki mənzillərdən birində yeniyetmə qızın zorlanması ilə bağlı məlumat alıb. B.Bakirov həmkarı ilə birlikdə həmin ünvana yollanıb. Ev sahibəsi cinayətkarın hələ evdə olduğunu bildirdikdən sonra polis əməkdaşları onu əldən buraxmamaq xatirinə geyimlərini dəyişiblər və santexnik adı ilə mənzilə daxil olublar.

Mənzildə pedofili tutmaq istəyərkən, cani özünü pəncərədən atıb və iki mərtəbə aşağıda yerləşən terrasa düşüb. Mayor da onun dalınca tullanıb. Burada B.Bakirov cinayətkarı tutub və kömək gələnə qədər onu saxlayıb. Əməliyyat zamanı mayorun pəncə sümükləri sınıb.

Onun artıq üç əməliyyat keçirdiyi bildirilir. “Həkimlər deyir ki, hələ cinayətkarların arxasınca qaça biləcəyəm. Mən nə baş verdiyini ancaq şokdan çıxandan sonra anladım”, - mayor jurnalistlərə deyib
20-07-2020, 02:39
Вернуться назад