Terrorda səhvən ittihama görə 1 milyon aldı » İnterxəbər.Az
interxeber.az » Hadisə » Terrorda səhvən ittihama görə 1 milyon aldı


Terrorda səhvən ittihama görə 1 milyon aldı

14-12-2014, 23:02
Oxunub: 618
Çap et
Nyu-York sakini səhvən terrorda ittiham olunduğundan mənəvi ziyana görə, 1,21 milyon dollar təzminat alıb.

Interxeber.az saytı anspress.com saytına istinadən bildirir ki, həmin şəxsi ABŞ milli qvardiyasının hərbi hava qüvvələri bazası yaxınlığında vertolyotların şəklini çəkən zaman saxlayıblar.

Qadını yaxalayan zaman polis onu terrorda ittiham etmişdi. Lakin daha sonra məlum olub ki, qadın şəkilləri “Support Our Troops” (Hərbiçilərimizə dəstək ol) saytına yerləşdirmək üçün çəkirmiş.

Gənc fəal bu qədər pulun qarşısında daha çox azadlığına sevinib: “İndi mənim adımı təmizə çıxarmaq şansım var”.

Qeyd edək ki, bu ilin iyul ayında yol hərəkətləri qaydalarını pozduğuna görə polis tərəfindən döyülən daha bir qadın 1,5 milyon dollar təzminat almışdı.
Terrorda səhvən ittihama görə 1 milyon aldı
Reytinq: