Rövnəq Abdullayevin qohumunun sirli ölümü: Sui-qəsd ya intihar? – MÜƏMMA… » İnterxəbər.Az
interxeber.az » Hadisə » Rövnəq Abdullayevin qohumunun sirli ölümü: Sui-qəsd ya intihar? – MÜƏMMA…


Rövnəq Abdullayevin qohumunun sirli ölümü: Sui-qəsd ya intihar? – MÜƏMMA…

27-03-2021, 11:59
Oxunub: 33
Çap et
Rövnəq Abdullayevin qohumunun sirli ölümü: Sui-qəsd ya intihar? – MÜƏMMA…Martın 25-də İstanbulda ölən iş adamı Nihad Əliyevin faciəvi ölümü ilə bağlı bir-birini təkzib edən məlumatlar yayılmaqda davam edir. N. Əliyevin ölümü ilə bağlı mediada müxtəlif xəbərlər dərc olunub.N.Əliyevin olduğu iddia edilən iki video paylaşılıb. Daha sonra isə mərhumun ailəsi Report-a açıqlama verərək, yayılan görüntülərin Nihad Əliyevə aidiyyətinin olmadığını bildirib:
“Bildiyiniz kimi, ailəmizin üzvü Nihad Əliyev vaxtsız dünyasını dəyişib. Bununla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyatı yoxdur”.
İlkin məlumatlarda 25 mart tarixində yerli vaxtla saat 23:00-da İstanbuldakı lüks otellərdən birində 3 qızla əyləndikdən sonra azərbaycanlı iş adamı Nihad Əliyevin tapançadan başına atəş açaraq, intihara cəhd etdiyi yazılırdı. Lakin daha sonra Türkiyə mediası N.Əliyevin tapançanı boş sanaraq, əyləncə üçün gicgahına dayayıb tətiyi çəkdiyi, ətrafdakıların “Şeytan doldurar” sözlərinə əhəmiyyət vermədiyi, nəticədə isə faciə baş verdiyi haqda qızların istintaqa verdiyi ifadəni tirajlayıb.
Mediada yayılan digər xəbərdə isə azərbaycanlı iş adamının intihar etmədiyi, hoteldən çıxarkən
naməlum şəxslər tərəfindən güllələndiyi bildirilib.
Qeyd edək ki, Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olması üzə çıxıb və məlum olub ki, Nihad Əliyev elə dayısının yanında satış direktoru vəzifəsində çalışıb.
Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev özü də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.
Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyev isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.
Reytinq: