Bakıda intihar edən yeniyetmə qızların kimliyi bilindi - YENİLƏNİB » İnterxəbər.Az
interxeber.az » Hadisə » Bakıda intihar edən yeniyetmə qızların kimliyi bilindi - YENİLƏNİB


Bakıda intihar edən yeniyetmə qızların kimliyi bilindi - YENİLƏNİB

9-03-2021, 18:04
Oxunub: 195
Çap et
Bakıda intihar edən iki yeniyetmə qızın kimliyi məlum olub.

Məlumata görə intihar edənlər Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızıdır.

Qeyd edilib ki, hər ikisi 2004-cü il təvəllüdlüdür və Qobu qeydiyyatındadır.

17:21

Bakıda iki yeniyetmə qız intihar edib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki doqquzmərtəbəli binada baş verib.

İki yeniyetmə qız doqquzmərtəbəli binanın damına çıxaraq eyni anda özlərini ataraq intihar ediblər.

İlkin məlumata görə, qızların biri 2004-cü digəri isə 2005-ci il təvəllüdlüdür. Onların kimliyi hələ müəyyən olunmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilir. Qızların hansı səbəbdən intihar etdiyi məlum deyil.
Reytinq: