Bakıda qadın meyiti tapıldı - FOTOLAR (18+) » İnterxəbər.Az
interxeber.az » Hadisə » Bakıda qadın meyiti tapıldı - FOTOLAR (18+)


Bakıda qadın meyiti tapıldı - FOTOLAR (18+)

13-01-2015, 22:58
Oxunub: 838
Çap et
Xəzər dənizinin dalğaları onun sahilində istirahət edənlərə dəhşət yaşadıb. Ləpələr romantika, gözəllik yox, qorxu yaradıb. Dənizin dalğaları Bakı sahilinə, daha dəqiq desək, Dövlət Bayrağı Meydanının ərazisinə meyit atıb.
Səbail rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, yanvarın 10-da meydanda 30-35 yaşlarında qadın meyiti tapılıb.
Onun şəxsiyyəti məlum deyil. Üzərində zorakılıq əlamətləri yoxdur. Onun intihar və ya ehtiyatsızlıq nəticəsində dənizdə boğulması məlum deyil.
Qadını tanıyanlardan (012) 491 02 02 və (012) 437 02 02 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

Bakıda qadın meyiti tapıldı - FOTOLAR (18+)
Bakıda qadın meyiti tapıldı - FOTOLAR (18+)
Bakıda qadın meyiti tapıldı - FOTOLAR (18+)
Reytinq: