Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi » İnterxəbər.Az
interxeber.az » Hadisə » Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi


Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi

29-08-2020, 05:51
Oxunub: 136
Çap et
Gəncədə qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.
Reytinq: