İldırım futbol oynayan 10 uşağın həyatına son qoydu » İnterxəbər.Az
interxeber.az » Hadisə » İldırım futbol oynayan 10 uşağın həyatına son qoydu


İldırım futbol oynayan 10 uşağın həyatına son qoydu

29-08-2020, 03:57
Oxunub: 151
Çap et
Uqanda Respublikasında ildırım vurması nəticəsində 10 uşaq həyatını itirib.

“Apnews” xəbər verir ki, açıq sahədə futbol oynayan uşaqlar göy gurultusundan qorunmaq üçün yaxınlıqda damı samandan olan evdə gizləniblər.
Bir müddət sonra evə düşən ildırım nəticəsində 10 uşaq hadisə yerində həlak olub, dörd nəfər müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yerli hüquq-mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, yağış mövsümündə Uqandada belə faciəvi hadisələrə tez-tez rast gəlinir.
Reytinq: