Kişi avtomobili ilə iki dəfə arvadının üstündən keçdi » İnterxəbər.Az
interxeber.az » Hadisə » Kişi avtomobili ilə iki dəfə arvadının üstündən keçdi


Kişi avtomobili ilə iki dəfə arvadının üstündən keçdi

20-07-2020, 02:44
Oxunub: 81
Çap et
Moskva vilayətinin Qolitsıno şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

REN TV xəbər verir ki, ər-arvad bir neçə gün ərzində birlikdə alkoqollu içkilər qəbul ediblər. Kişi növbəti dəfə alkoqol dalınca mağazaya getmək istədiyini bildirəndə, həyat yoldaşı buna etiraz edib.
Həyətdə avtomobilini işə salmış yerli sakin arvadının darvazanın qarşısını kəsdiyini görüb və maşını düz onun üstünə sürüb. Avtomobillə qadının üstündən keçdikdən sonra onun sağ qala biləcəyini ehtimal edərək, hərəkətini təkrarlayıb.

Həyat yoldaşını qəsdən öldürdüyünə görə kişi polis tərəfindən saxlanılıb.
Reytinq: