Bakıda avtomobil piyadanı vurdu » İnterxəbər.Az
interxeber.az » Hadisə » Bakıda avtomobil piyadanı vurdu


Bakıda avtomobil piyadanı vurdu

16-07-2020, 02:12
Oxunub: 83
Çap et
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, “VAZ-21011” markalı avtomobil Zığ dairəsində yolu keçən 1988-ci il təvəllüdlü Əsədov Famil Fədail oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Reytinq: