DataLife Engine / Göyçayda su borularını çıxarıb satırlar (EKSKLUZİV) YENİLƏNİB-VİDEO

Göyçayda su borularını çıxarıb satırlar (EKSKLUZİV) YENİLƏNİB-VİDEO

Göyçay rayonunda bir aydan yuxarıdır ki, kəndlərdə yeraltı borular talanır. 1975 ci ildən kənd təssərüfatının inkişafı üçün çəkilmiş su boruların hansı səbəbdən daşınması naməlum olaraq media üçün rəsmi şəxslər tərəfindən açıqlama verilmir. Araşdırmaların son nəticəsi bunu vuruğulamaqa vadar edirki, boruların hansı səbəbdən yerin altından çıxarılması vəya yenisi ilə əvəzlənməsi barəsində heç kim danıışmaq istəmir! Göyçay rayonun bir çox ərazilərində qazıntı işləri aparılıb və hələdə davam etdirilir.

Göyçay rayonunda Kənd təssərrüfatının inkişafı üçün nəzərdə tutulan su boruları eyni zamanda şoranlaşmış torpaqların yuyulmasına xidmət göstərirdi. Torpaq sahiblərinin ərazilərində çıxarılan borular sahələrə yığılaraq qalaqlanır və naməlum istiqamətə daşınaraq satışa çıxarılır.

Borular dəmir, çuqun, lehləndirilmiş dəmir materiallı dövlət əmlakıdır. Kənd Təssərrüfatı Nazirliyin ərazidə aparılan söküntü barəsində xəbəri olduqu sual altındadır.

Cənab Prezident İlham Əliyev Regionların inkişaf planları barəsində dəfələrlə vurğulamışdır ki, kənd təssərrüfatın inkişafına dəstək, sahibkarlara daha yaxından kömək etmək lazımdır. Amma belə görsənirki, hansı kənd təssərrüfatın inkişafından və sahibkarlara yaxından dəstək sözü açmaq olar? Əksinə torpaq sahələri şoranlaşacaq və susuzluqdan bütün kənd təssərrüfatı məhsulları məhv olacaqdır! Güclə mümbütləşdirilmiş yararlı torpaqlar yararsız vəziyyətdə qalacaqdır.

Göyçay rayonun Mallışıxlı, Yeniarx, Müskürlü, Bığır, və digər kəndlərdə boruların çıxarılması davam edir.


Bölgə muxbiri; Samir Mehdiyev
7-08-2017, 13:32
Вернуться назад