DataLife Engine / Güclü külək Daşkəsəndə fəsadlar törədib

Güclü külək Daşkəsəndə fəsadlar törədib

Daşkəsən rayonunda güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, külək bir neçə ağacın iri budaqlarını sındırıb, avtomobillərin hərəkəti çətinləşib.

Eyni zamanda bəzi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda Daşkəsənin ucqar kəndlərinə güclü yağış yağır.
11-08-2021, 20:41
Вернуться назад