DataLife Engine / Oğuzda üç tondan artıq çətənə kolu yandırılıb - FOTO

Oğuzda üç tondan artıq çətənə kolu yandırılıb - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2 900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

18-06-2021, 17:59
Вернуться назад