DataLife Engine / Sabirabadda gecə qaçırılan maşın səhəri gün tapıldı

Sabirabadda gecə qaçırılan maşın səhəri gün tapıldı

Sabirabadda daha əvvəl qaçırılan avtomobil tapılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, iyunun 4-ü gecə saatlarında Sabirabad rayonu Yenikənd kənd sakini M.Allahverdiyev DİN-in “102 Zəng Mərkəzi”nə müraciət edərək ona məxsus “Niva” markalı avtomobilin qaçırıldığı barədə məlumat verib.

Məlumatla əlaqədar Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin rayon ərazisində tapılması təmin olunub.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
5-06-2021, 17:10
Вернуться назад