DataLife Engine / Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, üç nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
13-05-2021, 16:34
Вернуться назад