DataLife Engine / İmişlidə 20 Yanvar faciəsinin il dönümü ilə bağlı anım tədbiri keçirilib

İmişlidə 20 Yanvar faciəsinin il dönümü ilə bağlı anım tədbiri keçirilib

20 yanvar faciəsinin ildönümü ilə baglı İmisli rayonunda da anım tədbiri keçirilib. Qanlı şənbə gecəsində rayonun 3 sakini hadisədən ziyan çəkib. Onlardan Sürayyə Babayeva isə sovet hərbçilərinin gülləsinə tuş gəlib və həyatını itirib. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər Şəhidlər xiyabanına gələrək ölkəmizin bütövlüyü yolunda şəhid olan vətən oğullarının məzarlarını ziyarət edərək tər qərənfillər düzüblər. 1941-45-ci il Abidə kompleksi də ziyarət edilib. Çıxış edən İmişli rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 25 il əvvəl Sovet hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınlardan günahsız insanlara qarşı edilən vəhşiliklərdən danışıb. Həmin gecə qəhrəman vətən oğullarının göstərdiyi qəhrəmanlıqlar konkret faktlarla yada salınıb. Bildirilib ki, 20 yanvar faciəsi ölkəmizin tarixinə həm də qəhrəmanlıq səlnaməsi kimi daxil olub. Daha sonra məktəblilərin ifasında vətənə, torpağa həsr olunan şerlər söylənilib, ədəbi bədii kompozisiya nümayiş olunub.


interxeber.az

Heydər Əliyev
21-01-2015, 00:00
Вернуться назад