DataLife Engine / Xaqani Rzayevə Qəti Cavab...

Xaqani Rzayevə Qəti Cavab...

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının baş naziri cənab Əli Əsədova

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri cənab Samir Şərifova

İnterxəbər informasiya agentliyinin əməkdaşı Heydər Əliyev
tərəfindən

Ərizə.

Möhtərəm prezident üzürlü hesab edin ki, sizi ikinci dəfə narahat edirik siz özünüz tapşırıq verirsiniz ki, şikayətləri özümün ünvanıma, emailimə yazın biz media işçiləridə bu dəstəkdən ruhlanaraq bir başa sizə müraciət edirik.
19.08.2020 - ci ildə Azərbaycan Respublikasının Möhtərəm Prezdəntinə və Maliyyə naziri cənab Samir Şərifova Sabirabad mexaniki suvarma idarəsində nöqsanlara yol verilməsi haqqında şikayət məktubu ünvanlamışdıq eyni zamanda Sabirabad mexaniki idarəsinin maliyyə mənbəyinin yoxlanılmasını Samir Şərifovdan rica etmişdik.
Lakin 31.08.2020 - ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidmətinin rəisi Xaqani Rzayev bizə qeyri qənaətbəxş cavab məktubu göndərmişdir.
X.Rzayevin cavab məktubundan belə qənaətə gəlmək olur ki,
Sabirabad mexaniki suvarma idarəsinin rəisi Hacı Mirəlif Əzizovdan faydalanmış və bizim şikayət ərizəmizi başından etmiş ərizəmizi Meliorasiya və su Təsərrüfatı ASC - yə göndərmişdir.
Qeyd edirik ki, indiyədək İnterxəbər tərəfindən dəfələrlə Meliorasiya və su Təsərrüfatı ASC - nin emailnə, poçt vasitəsilə ünvanına şikayət məktubları göndərsəkdə bu günədək onlardan rəsmi səs çıxmamışdır.
Beləliklə Meliorasiya və su Təsərrüfatı ASC KİV haqqında qanununun 46,47,48 - ci maddələrini Müqəddəs konstitusiyamızın 57 - ci maddəsini Ümummili liderimiz əbədi yaşar Prezidentimiz Heydər Əliyevin tərəfindən vaxtı ilə təsdiqlənmiş vətəndaşların müraciətinə baxılması haqqında Azərbaycan Respublikasının qanununu kobud surətdə pozmuşdur.
Birdə bizdə olan məlumata görə şəxsən cənab sədr Əhməd Əhmədzadənin bu özbaşınalığdan xəbəri yoxdur.
Ondan aşağı vəzifədə çalışan məmurlar idarə müdirlərinin dayaq nöqtələri necə deyərlər day-dayları nöqsanları ört-basdır edir.
Möhtərəm Prezident Xalqımızın qarantı, verin belə naqis, nankorların cəzasını.

Öncədən sizlərə dərin təşəkkürümü və minnətdarlığımızı bildiririk.

Ərizəmə Rəis Xaqani Rzayevin başdansovdu cavab məktubunu əlavə edirəm.

Xaqani Rzayevə Qəti Cavab...

Heydər Əliyev
16-09-2020, 19:00
Вернуться назад