DataLife Engine / Operativ Şikayət....

Operativ Şikayət....

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
Cənablarına

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifova

İnterxəbər-Azın bölgə müxbiri Heydər Əliyev
tərəfindən şikayət qismində

Ərizə
Möhtərəm prezident və cənab Samir Şərifov şikayət ərizəmlə yazıb bildirirəm ki, 24.07.2020- cil tarixdə əməkdaşı olduğum informasiya agentliyində fotofaktlarla " Mirəlifin betonu olmayan beton kanalı "
Sərlövhəsi altında satirik yazı ilə çıxış etmişdim.
Həmin materialı Sabirabad icra hakimiyyətinin, Meliorasiya və su təsərrüfatı ASC-nin Sabirabad mexaniki suvarma idarəsinin
emaillərinə göndərmişdik çox təəsüf ki, idarənin rəisi Mirəlif Əzizov
Bu satirik yazıya gülünc və həqiqətə uyğun olmayan saxta bir cavab
vermişdir. Konkret olaraq M.Əzizov idarənin xidmət sahəsinə aid olan adı beton kanal hesab edilən kanalı danmışdır.
Dövlət büdcəsi tərəfindən ayrılan pul vəsaiti görünür mənimsənilmişdir. Uzun illərdir ki, M.Əzizov həmin idarədə bərqərar olub bəlkə O, əvəzedilməz Əlahiddə şəxsdir.
Hələ bədnam sovet dönəmində M.Əzizov SMD-də dağıla-dağılda rəis
işləmişdir. Oranı yeyib dağıdaraq qalan ərazini özəlləşdirmiş necə deyərlər qardaşı Mirdamət Əzizova bəxş etmişdir.
Həmin köhnə idarə Sabirabad şəhər 3-saylı S.Vurğun adına tam orta məktəbin əks tərəfində yerləşir.
Hacı Mirəlif Əzizov iş günlərini çox vaxtlar H.Əliyev prospektində yerləşən qudası R.Əkbərova məxsus olan taxta-şalban sexində keçirir. Elə buna görədə iş başında tapılmır.
Əmək qanunlarını, əmək intizamını kobudcasına pozur.
Dəfələrlə suallarımıza cavab almaq istəsək də, iş yerində tapılmayıb.
İdarənin giriş qapısıda sanki keçmiş əsrlərdəki, divanxana qapısını xatırladır. İdarədən bizə bildirdilər ki, yalnız Hacı tapşırıq verərsə giriş qapısı açıla bilər. Göstərirəm ki, Sabirabad mexaniki suvarma idarəsi Meliorasiya və su təsərrüfatı ASC-yə tabedir dövlətimizin büdcəsindən malliyələşir Hacı Mirəlifin özəl sektoru deyildir.
Deyirlərki idarənin rəisi və baş mühasibi özlərində onlarla plastik əmək haqqı kartları saxlayırlar.
Məlumatlar var ki, Bakı şəhərində D.Əliyeva küçəsində qardaş Türkiyə Respublikasında hətta ABŞ-da şəxsi mülkləri vardır.
Haradandır bu əmlaklar, bu mülklər dövlət büdcəsini taladığını varlandığının qənaətinə gəlmək olar .
Göstərdiyimiz Yolçubəyli kəndində yerləşən beton kanaldan sakinlər həzər vurdular texniki və lilli sulardan içdiklərini bildirdilər.
Əkin sahələrinin, pambıq sahəsinin bu isti yay günlərində əzab çəkdiyini xüsusi qeyd etdilər. Söylədilər ki, dəfələrlə Hacının bu sahəyə baxan işçiləri bizdən əlavə pul yığıblar.
Bəs niyə dövlətimizin büdcəsindən ayrılan pul vəsaitləri vacibi kanallara sərf edilmir. Deyirler "D" kanalı daim tutulur odur ki, Möhtərəm prezident bu özbaşnalıq edən mexaniki suvarma idarəsinin rəisi Mirəlif Əzizovun fəaliyyətinin yoxlanılmasını ümumiyyətlə idarənin Maliyyə sisteminin araşdırılmasını artıq dərəcədə rica edirəm.

Fotoşəkilləri M.Əzizovun bizə göndərdiyi cavabı şikayət ərizəmə
Əlavə edirəm əlavə qoşma 3- vərəq


İmza:. Heydər Əliyev İnterxəbər informasiya
agentliyinin əməkdaşı
31-08-2020, 03:21
Вернуться назад