Bölgə
12.04.2015, 14:45
Prezidentin Lənkəran səfərindən fotolar
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdıraraq Lənkəran şəhərinə gəlib.
İnterxəbər-azın məlumatına görə, dövlət başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, burada sakinlər və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Sonra dövlət başçısı Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında, Tarix-Diyarşunaslıq Muzeyində, Mədəniyyət Mərkəzində olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay