Xızıda ilanlar sakinin həyətinə girib, onlardan biri ev sahibini sancıb » İnterxəbər.Az
interxeber.az » Bölgə » Xızıda ilanlar sakinin həyətinə girib, onlardan biri ev sahibini sancıb


Xızıda ilanlar sakinin həyətinə girib, onlardan biri ev sahibini sancıb

8-08-2021, 23:25
Oxunub: 375
Çap et
Xızı rayonunda sakini ilan sancıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Giləzi qəsəbəsində qeydə alınıb.

İlan 1985-ci il təvəllüdlü Afiq Şahid oğlu Hüseynovu sancıb.

A.Hüseynov təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə, Toksikologiya Mərkəzinə çatdırılıb.

A.Hüseynov həkimlərə bildirib ki, həyətdə bir neçə ilanı öldürsə də, ilanlardan biri onu sancıb.
Reytinq: