Bizə şikayət edirlər. » İnterxəbər.Az
interxeber.az » Bölgə » Bizə şikayət edirlər.


Bizə şikayət edirlər.

27-06-2020, 20:44
Oxunub: 147
Çap et
Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova

Surəti Azərbaycan respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova

Surəti Saatlı rayon icra hakimiyyətinə

Surəti interxeber.Az-ın Baş redaktoru loğman Əliyevə

Saatlı rayonu, Məmmədabad kənd sakini Əskərov Əli Ağamalı
Oğlu tərəfindən

Ərizə
Cənab prezident ve yuxarıda adları qeyd olunan hörmətli vəzifə sahibləri. Sizlərə şikayət ərizəmlə yazıb bildirirəm ki, mən Məmmədabad kəndində doğulub böyümüşəm. 20 ilə yaxındır ki məni qardaşım ve oğlanları doğma ata yurdumdan didərgin saliblar. Nəticədə bizə məxsus olan 3,82 hektar pay torpaqlarımızın
2 hektarını güc-bəla ilə ailəmdə saxlaya bilmişəm. 20 ildir ki qardaşım Əskərov Fəyyaz Ağamalı oğlu onun oğlu Əskərov Fərhad Fəyyaz oğlu torpağımı qanunsuz zəbt ediblər. Uzun illərdir ki, meni qorxudaraq əkin torpağımı istismar edirlər. Bu minvalla mənə külli miqdarda ziyan vurublar. Dəfələrlə yerli kənd icra nümayəndəsi kənd bələdiyyəsi onlara xəbərdarlıq etsədə Fəyyazla Fərhad torpaqımızı özümə qaytarmaq istəmirlər. Hətta üstümə bir dəfə silah çəkiblər. Mən məcbur olub 8 nəfərdən ibarət ailəmlə Sabirabad şəhəri. H.Cavid küçəsi ev 12-də kirayədə yaşamağa başladım. Qarabağda 1992-1993- cür illərdə döyüşlərdə olmuşam. Könüllü olaraq vətəni müdafiə etmişəm bunu hərbi komissarlıq təsdiq edə bilər. Lakin öz qardaşım, qardaşım oğlu mənə ermənidən betər qənim kəsilib. Onu da qeyd edim ki, anam Ağca 10 ildən yuxarıdır ki, rəhmətə gedib. Atam da dünyasını dəyişib. Qərəz valideyn yurduna məni həsrət qoyublar özəl pay torpağımda həyasızcasına zəbt ediblər. Odur ki, sizlərdən artıq dərəcədə xahiş edirem dövlət. AKT- ına uyğun olaraq özəl torpağımın Əskərov Fəyyaz və Əskərov Fərhaddan alınıb qaytarılmasında mənə dəyən uzun müddətli Maddi ziyanın ödənilməsində əməli və təcili tədbirlər görəsiniz.
Qorxumdan kənddə olan 2 hektar torpağı icarəyə vermişəm.
Həmin ərazinin də suvarılmasına imkan vermirlər.
Müqəddəs konstitusiyamızın 57-ci maddəsinə. Azərbaycan Respublikasının vətəndaşlarının müraciətinə baxılması haqqında
Qanuna uyğun olaraq şikayət ərizəm araşdırılarkən iştirakının təmin olunmasını rica edirəm.
Şikayət ərizəm öz sözlərimlə yazılmış, imzamla təsdiq edirəm

Əskərov Əli Ağamalı oğlu Ş/V: AA1792354
Reytinq: